SON XƏBƏRLƏR

Hillari Klinton : İranın qonşuları silahlandırıla bilər

2021.10.20, 07:36
Hillari Klinton : İranın qonşuları silahlandırıla bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, O, İranın nüvə proqramından əl çəkməyəcəyi təqdirdə qonşularının silahlandırıla biləcəyini deyib "İranın qonşuları silahlandırıla bilər". Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Asiya ölkələrinə səfəri çərçivəsində Taylandda çıxış etdiyi televiziya proqramında deyib. O bunun İranın nüvə proqramından əl çəkməyəcəyi təqdirdə baş verəcəyini bildirib. H.Klinton həmçinin bölgədə Amerika Birləşmiş Ştatalarının "müdafiə çətirini"də genişləndirə biləcəyini istisna etməyib. "İran ilə danışıqlar üçün qapımız açıq olacaq. Ancaq eyni zamanda bölgədəki ortaqlarımızın təhlükəsizliyini artırmaq, qarşı tərəfi iflic edəcək şəkildə hərəkət edəcəyimizi qəti şəkildə bildirmişik. İranın bir şeyi anlamasını istəyirik. Əgər bölgədə müdafiə çətirimizi genişləndirsək və Körfəz ölkələrində daha çox hərbçi yerləşdirilməsini dəstəkləsək İran nüvə silahına sahib olduğunda belə daha güclü ola bilməz". Qeyd edək ki, İran dəfələrlə nüvə proqramının sülh xarakteri daşıdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar