SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD qudasını vitse_prezident olaraq saxlayacaq

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD qudasını vitse_prezident olaraq saxlayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad iyulun 21-də jurnalistlərə açıqlamasında birinci vitse-prezident təyin etdiyi qudası İsfəndiyar Rəhim Məşayinin vəzifədə qalacağını deyib. İyulun 20-də Tehranın 8 universitetinin “Bəsic” könüllüləri İran prezidentinə açıq məktub yazaraq yenicə birinci vitse-prezident təyin etdiyi İsfəndiyar Rəhim Məşayini istefaya göndərmək tələbi qoyublar. “Bəsic” könüllülərinin prezidentə məktubunda deyilir: “Biz dini rəhbərin yolundan hər hansı yayınmanın qarşısını alacağıq. İsfəndiyar Rəhim Məşayi istefaya göndərilməlidir. Əgər imam və dini rəhbərin övladlarının bu xəbərdarlığı nəticə verməsə, hər hansı güzəşt etmədən hərəkətə keçəcək, məsələnin öz həllini tapması üçün lazım olan tədbirləri görəcəyik”. Əhmədinejad Məşayinin islam inqilabına və dini rəhbər Əli Xamneyiyə vəfalı şəxs olduğunu vurğulayıb: “Onun yeni postdakı səlahiyyətləri əvvəlki səlahiyyətlərindən məhduddur və birinci vitse-prezident vəzifəsində qalıb fəaliyyətini davam etdirəcək”. Əhmədinejadın açıqlaması İran parlamenti sədrinin canişini höccətülislam Məhəmmədhəsən Əbuturabi Fərdin jurnalistlərlə söhbətində dini rəhbərdən Məşayinin vəzifədən götürülməsi ilə bağlı yazılı razılıq alıb prezidentə göndərdiklərini bəyan etməsindən bir neçə saat sonraya təsadüf edib. Əbuturabi Fərd deyib: “Biz Məşayinin birinci vitse-prezident vəzifəsindən götürülməsi haqda dini rəhbərlə danışıqlar aparmış, onun yazılı razılığını almış və bu barədə rəyi ötən şənbə prezident Əhmədinejada göndərmişik”. Məşayinin 1 il əvvəl etdiyi çıxışında İsrail xalqını İranın dostu adlandırması bir sıra dairələrin kəskin etirazına səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar