SON XƏBƏRLƏR

Güney Azərbaycanlı Milli fəallar Uyğur türklərinə qarşı soyqırıma etiraz edir

2021.10.20, 07:36
Güney Azərbaycanlı Milli fəallar Uyğur türklərinə qarşı soyqırıma etiraz edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin DAKa istinadən yaydığı məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində Çin kommunist rejiminin Uyğur türklərinə qarşı həyata keçirdiyi soyqırım siyasətinə etiraz əlaməti olaraq bildiriş yayılıb. Sənədə "Niyə susqunluq?" başlığı verilib və bu sual da İrandakı mövcud fars şovinist rejiminə ünvanlanıb: "Fələstində baş verən hadisələr zamanı müsəlmanların müdafiəsinə qalxan İran Şərqi Türküstanda yaşanan olaylara tamamilə səssiz qalıb. Çünki müsəlman qardaşlığından danışan fars şovinist rejimi Çin kommunist rejimi ilə müttəfiqdir, eyni zamanda türk düşməni olduğu üçün müsəlman uyğurların haqq səsini eşitmək istəməyib". Bildirişdə qeyd olunur ki, fars şovinist rejimi Quzey Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğalı zamanı müsəlman Azərbaycan türklərinin qətlə yetirilməsinə göz yumub, Rusiyanın Çeçenistanda müsəlman çeçenləri soyqırıma məruz qoyarkan, İraqda kürdlər müsəlman türkmənləri qətl edərkən tamamilə səssiz qalıb: "Biz Azərbaycan türkləri olaraq, daima "müsəlman qardaşlığı"ndan danışan fars şovinist rejiminin Şərqi Türküstanda baş verən hadisələrə biganə qalmasını qınayırıq". Qeyd edək ki, sənədin sonunda Azərbaycan türkləri Çin mallarını boykot etməyə çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar