SON XƏBƏRLƏR

Əhməd Davudoğlu: “Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq”

2021.10.20, 07:36
Əhməd Davudoğlu: “Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq”

Gunaz.tv
“Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq”. APA-nın “Panarmenian”a istinadən məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə toxunan XİN başçısı qeyd edib ki, Türkiyəmeylli ölkələrin – İsveç, İspaniya və Belçikanın Aİ-yə sədrlik edəcəyi yaxın il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlər olacağına inanır: “Biz oturub Avropa Komissiyası ilə müzakirələr apara bilərik. Lakin nə Avropa Komissiyasında, nə də Avropa parlamentində təmsil olunmuruq. Bu bizim üçün əsas əngəldir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar