SON XƏBƏRLƏR

Xomeyninin nəvəsi hakimiyətin təzyiqinə baxmayaraq Əhmədinəjadın andiçmə mərasimində istirak etməyəcək

2021.10.20, 07:36
Xomeyninin nəvəsi hakimiyətin təzyiqinə baxmayaraq Əhmədinəjadın andiçmə mərasimində istirak etməyəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni son prezident seçkisinin qalibi elan olunmuş Mahmud Əhmədinejadın andiçmə mərasiminə qatılmamaq üçün xaricə səfər edib. Seçkinin rəsmi nəticələrinə dinc etiraz aksiyalarında vətəndaşlara qarşı zorakılıqlardan narahat olan Həsən Xomeyni andiçmə mərasimində iştirak etmək istəməyib. islahatçılara, eləcə də prezidentliyə namizəd olmuş Mirhüseyn Musəviyə yaxınlığı ilə tanınan Seyid Həsən Xomeyni son vaxtlar prezidentin andiçmə mərasiminə qatılmaq üçün hakimiyyətin müxtəlif dairələrinin təzyiqinə məruz qalıb. Nəvə Xomeyninin hansı ölkəyə səfər etdiyi açıqlanmır. Andiçmə mərasiminin dəqiq tarixi barədə də hər hansı məlumat yayılmayıb.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar