SON XƏBƏRLƏR

İran adlanan yerdə Məhəmməd Kamrani işkəncədən dünyasını dəyişib

2021.10.20, 07:36
İran adlanan yerdə Məhəmməd Kamrani işkəncədən dünyasını dəyişib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İrandakı son prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilən aksiyaya qatıldığı üçün iyulun 9-da həbs edilən və həbsxanada işgəncələrə məruz qalan 18 yaşlı gənc Məhəmməd Kamrani xəstəxanada dünyasını dəyişib. M.Kamraninin ailəsi bildirib ki, 6 gün əvvəl həbsxanadan onlara zəng ediblər: “Onlar dedilər ki, Məhəmmədi azad etmək istəyirlər və bunun üçün bizi həbsxanaya çağırdılar. Həbsxanaya getdikdə bizə bildirdilər ki, Məhəmməd bir az bədən xəsarəti alıb, ona görə xəstəxanaya yerləşdirilib. Sonra bir neçə polisin müşayiəti ilə bizi “Loğman” xəstəxanasına apardılar. Burda biz dəhşətli işgəncələrdən yarımcan vəziyyətə düşmüş Məhəmmədlə qarşılaşdıq. Bir neçə saat sonra Məhəmməd dünyasını dəyişdi”. Rəsmi məlumata görə, son prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilən aksiyalarda 20 nəfər həlak olub. Amma hüquq müdafiəçiləri seçki qurbanlarının sayının qat-qat çox olduğunu deyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar