SON XƏBƏRLƏR

Tehran yeni toqquşmalara şahid oldu

2021.10.20, 07:36
Tehran yeni toqquşmalara şahid oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranda mübahisəli prezident seçkilərinin nəticələrinə etiraz edənlərin yeni yürüş cəhdləri olub. Hazırda İran paytaxtında hər hansı nümayiş və ya mitinqin keçirilməsi qadağandır. Şahidlər küçələrdə etirazçılar və polis qüvvələri arasında toqquşmalar baş verdiyini və onlarca adamın həbs olunduğunu xəbər verirlər. Bu arada müxalifət lideri Mirhüseyn Musəvi bildirib ki, etirazçıların guya xaricdən idarə olunduqlarını iddia etmək İran xalqını təhqir etmək deməkdir. Polisin sərt şəkildə hərəkət edəcəyi barədə xəbərdarlığına baxmayaraq müxalifət tərəfdarları yenidən küçələrə çıxıblar. Şahidlərin dediyinə görə yüxlərlə, bəzi məlumatlara görə minlərlə etirazçı Tehranda nümayiş keçirib. Xəbər verilir ki, küçələrə çox sayda polis çıxarılıb, həmçinin kütlənin arasında çox sayda mülki geyimli polis olub. İran polisinin rəhbərliyi bu kimi iddiaları rədd edir. Zorakılıqın hazırkı prezdent Mahmud Əhmədinejadın əleyhinə şüarlar səslənərkən başlandığı xəbər verilir. Toqquşmaların ardınca onlarca nümayişçi həbs edilib. Bundam əlavə etirazçılar yeni etiraz taktikasının tətbiqinə başlayıblar. Adamlar evlərində işıqları eyni vaxtda söndürüb-yandırmaqla şəhər transformatorlarını gücə salıb sıradan çıxarır və elektrikin kəsilməsinə səbəb olurlar. Bu ondan xəbər verir ki, müxalifət tərəfdarları mübarizəni vətəndaş itaətsizliyi yolu ilə davam etdirə bilərlər. Ölkəni bu yaxınlarda tərk etmiş bir iranlı mənə bildirib ki, ölkənin hər küncündə itaətsizlik var. Bu arada nüfuzlu müxalifət liderləri vahid cəbhədə birləşmək barədə niyyətlərini elan ediblər və referendum keçirilməsinə çağırıblar.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar