SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİ: Mən bu sistemin yalanlarından xəcalət çəkirəm

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİ: Mən bu sistemin yalanlarından xəcalət çəkirəm

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi iyulun 19-da seçki qərargahı üzvləri ilə görüşüb. O, seçkidən sonrakı qanlı olaylara görə hökuməti kəskin tənqid edib. Kərrubi seçkinin rəsmi nəticələrinə dinc etiraz aksiyalarında qətlə yetirilənlərdən danışaraq dövlət kütləvi informasiya vasitələrində hadisələrlə bağlı əks təbliğatın aparılmasını pisləyib: “Gənclərimizi xalqın gözü qarşısında öldürdülər, indi də utanmadan deyirlər ki, bizdə heç silah olmayıb. Mən bu sistemin bir üzvü kimi belə aşkar yalandan xəcalət çəkirəm. Xalqa o qədər yalan danışıblar ki, yazıq camaat bəzən bu yalanları doğru kimi qəbul edir”. Kərrubi Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin rəhbərliyi ilə iyulun 17-də qılınan cümə namazında hökumətin mülki geyimli qüvvələrinin hücumuna məruz qaldığını, döyülüb təhqir edildiyini və əmmaməsinin yerə düşdüyünü xatırladıb: “Bunlar vətəndaşlara qarşı zorakılıqlarını necə inkar edə, başqasının boynuna ata bilərlər? Axı bunların hamısı xalqın gözü qarşısında olub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar