SON XƏBƏRLƏR

Muctaba Zolnuri: Rəfsəncanini tənqid atəşinə tutub

2021.10.20, 07:36
Muctaba Zolnuri: Rəfsəncanini tənqid atəşinə tutub

Gunaz.tv
GÜNAZ.TV məlumata mərkəzinin əldə etdiyi məlumata görə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin İran İnqilab Keşikçiləri Korpusundakı (“Sepah”) nümayəndəsinin canişini Muctaba Zolnuri Üləmalar Məclisinin sədri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncanini fitnəkarlıqda günahlandırıb. M.Zolnuri iyulun 19-da Sari şəhərində jurnalistlərə açıqlamasında deyib: “Haşimi Rəfsəncani bundan əvvəl hər yerdə etdiyi çıxışlarında dini rəhbərlə həmrəy olduğunu və həmişə ona dəstək verdiyini vurğulasa da, son hadisələrdə dini rəhbərin təsdiqlədiyi yeni hökumətə qarşı çox fəal və kəskin şəkildə fəaliyyətə başlayıb”. Zolnuri Rəfsəncaninin onu tənqid etmiş hazırkı prezident Mahmud Əhmədinejaddan Xamneyiyə şikayət məktubu yazmasını da pisləyib. M.Əhmədinejad H.Rəfsəncanini və onun oğlanlarını 12 iyun prezident seçkisi ərəfəsində teledebatların birində tənqid etmişdi. M.Zolnurinin fikrincə, bu, H.Rəfsəncaninin ən böyük siyasi səhvlərindən biridir: “Onun ayətullah Xamneyiyə yazdığı məktub adi bir məktub yox, əslində siyasi sorğu-sual idi. Bu məktub ölkədə yayılmazdan əvvəl İsrail və Amerika radiolarında yayımlanaraq xuliqanların iğtişaşa təhrik edilməsinə səbəb olub”. Zolnuri Rəfsəncani ailəsindən də danışıb: “Seçki zamanı Məhəmməd Haşiminin (Haşimi Rəfsəncaninin qardaşıdır) prezidentliyə namizəd Möhsün Rzayinin bank hesabına 5 milyard tümən pul köçürməsi, Faizə Rəfsəncaninin (Haşimi Rəfsəncaninin qızı) isə fəal şəkildə iğtişaşçılar içində olması və onlarla əməkdaşlıq etməsi Haşimi Rəfsəncani ailəsinin geniş qanunsuz əməllərdə və qanun pozuntularında iştirakını göstərir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar