SON XƏBƏRLƏR

ABŞ mətbuatından sensasion və qorxudan xəbərdarlıq : İSRAİL SABAH İRANA HÜCUM EDƏ BİLƏR

2021.10.20, 07:36
ABŞ mətbuatından sensasion və qorxudan xəbərdarlıq : İSRAİL SABAH İRANA HÜCUM EDƏ BİLƏR

Gunaz.tv
Hərbi əməliyyatların tam planı məlumdur; Tehran isə Qərblə danışıqlara hazır olduğunu bəyan edir İsrail sabah İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu sensasion məlumat ABŞ-da nəşr olunan “The Global Politician” jurnalında yer alıb. Yəhudi mənşəli Semuel Vaknin yazdığı məqalədə deyilir ki, hərbi əməliyyatlarda İsrailin yerüstü xüsusi təyinatlı qüvvələri də iştirak edəcək. İsraildəki mənbələrdən əldə etdiyi məlumatlara istinad edən müəllif yazıb ki, xüsusi təyinatlı qüvvələr neçə vaxtdır İrana qarşı hərbi əməliyyatlar üçün gizli və intensiv təlimlər keçir. Təlim proqramına havadan desant atılması, müxtəlif obyektlərin partladılması, küçə döyüşləri və əlbəyaxa döyüşlər daxildir və bütün bunlar sınaqdan keçirilir. Təlimlərin keçirildiyi hərbi bazanın yaxınlığında yaşayan sakinlər təsdiq ediblər ki, baza güclü mühafizə olunur və hər gün bərk partlayış səsləri eşdilir. Məqalədə deyilir ki, İsrail İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün Misir və Səudiyyə Ərəbistanından tam dəstək alıb. Ancaq anlaşmaya görə bu ölkələr İrana qarşı hücumlara dəstək verdiklərini üstüörtülü saxlayacaq. “Siyasi və geosiyasi şərtləri, hərbi hazırlıq dərəcəsini və regionun iqlim xüsusiyyətlərini nəzərə alaraq İsrailin İrana hücum etmək üçün iki zaman kəsiyi var: İrana qarşı hərbi əməliyyatlar ya iyulun 21-24-ü arası, ya da avqustun 6-8-i arası başlayacaq. Müəllifin informasiyalarına görə, İsrail ərazisindəki Amerika zenit-raket kompleksləri ”Petriot"lar döyüşə hazır vəziyyətdərir, həmçinin İsrailin nüvə obyektləri ətrafında daha müasir hava hücumundan müdafiə vasitələri yerləşdirilib. İran dəfələrlə bəyan edib ki, İsrailin hücumuna cavab olaraq bu ölkənin nüvə obyektlərinə raket zərbələri endiriləcək. Məqalədə bildirilir ki, hazırda İsrail hərbi hava qüvvələrinin bazalarında da İrana qarşı hərbi əməliyyatlar üçün intensiv hazırlıqlar gedir. Pilotlar İranın nüvə obyektlərinin bombardman edilməsi texnikasını sınaqdan keçirirlər. Bu yaxınlarda keçirilən irimiqyaslı mülki müdafiə təlimləri və quru quşunlarının məşqləri deməyə əsas verir ki, İrana qarşı hərbi əməliyyatların vaxtı yaxınlaşır. Xəbər verildiyi kimi, bu günlərdə İsrail hərbi dəniz donanmasının gəmiləri, o cümlədən sualtı qayıqlar ilk dəfə Süveyş kanalından keçərək Qırmızı dənizin sularına daxil olublar. Bununla da İsrail donanması İrana qarşı dənizdən zərbə endirməyə hazır vəziyyətə gəlib. İsrail ordu komandanlığı bildirir ki, sözügedən manevrlər İrana qarşı açıq xəbərdarlıqdır. Bu arada İranda gözlənilmədn istefa verən Atom Enerjisi təşkilatının sədri Qulamrza Ağazadəni əvəz edən Əli Əkbər Salahi televiziyaya müsahibəsi zamanı sürpriz şəkildə bildirib ki, nüvə məsələsində Qərblə anlaşma əldə etməyin vaxtı çatıb. Onun sözlərinə görə, İranın nüvə proqramları barədə etimad yaranmalı və fikir ayrılıqları aradan qalxmalıdır. “Biz ümid edirik ki, son altı ildə davam edən fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq”, deyə o bildirib. Ehtimal olunur ki, İran prezidenti 12 ildir ölkənin nüvə təşkilatına başçılıq edən Ağazadəni dəyişməklə yeni kurs seçib. Lakin İsrail İranın nüvə məsələsinin danışıqlar yoluyla həllinə artıq ümid bəsləmir. Bu günlərdə Almaniya kəşfiyyatı tərəfindən yayılan hesabata görə, İran yaxın 6 ayda nüvə silahı əldə edə bilər. İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda bundan əvvəl də dəfələrlə xəbərlər yayılıb.Lakin bu dəfə söhbət konkret tarixlərdən gedir və belə görünür ki, məsələ kifayət qədər ciddidir.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar