SON XƏBƏRLƏR

Uyğurların həyatı: “Qızlar məndən Polat Alemdarı soruşdular”

2021.10.20, 07:36
Uyğurların həyatı: “Qızlar məndən Polat Alemdarı soruşdular”

Gunaz.tv
“Hüriyyət”-in London təmsilçisi Faruq Zabcı, üç il müddətində iki dəfə gizlincə girib həftələrlə araşdırma apardığı Şərqi Türküstandan son araşdırmalarının dərcini davam edir. “Bir Uyğur ailənin evinə yeməyə dəvət edildim. Bardaş qurub yeməklərimizi yemişdik ki, ev sahibinin oğlunun, orta məktəbdə ingilis dili müəllimliyi edən bir qız ilə evlənmək üzrə olduğunu öyrəndim. Ancaq Çin hökuməti noyabr ayına kimi toyların olmasına icazə vermədiyi üçün gənclər evlənə bilmirlər. Sevdiyi insana istədiyi vaxtda qovusa bilmədiyi üçün kefsiz olan gənc müəllim mənə dərdini belə dilə gətirdi: “Çinli qızlar evlənə bilirlər, bəs biz niyə evlənə bilmirik. Uyğur qızlarının evlənməyə haqqı yoxdurmu? Yuvamızı quracağımız ev də hazırdır. Ancaq qoyulan qadağalara görə evlənə bilmirik. Bizləri terrorçu kimi görürlər və hər haqqımızı əlimizdən alırlar. Avqustun 1-dən noyabr ayına qədər evlənə bilməzmişik. Səbəbini soruşmağa haqqımız da yoxdu”. Əslində bunun səbəbi açıq ortadadır. Çin hökuməti, toylardan cümə namazlarına kimi, Uyğurların bir yerə toplana biləcəyi hər cür fəaliyyəti sıxışdırmağa çalışır. Əsgərliyə götürməzlər Bəs niyə Uyğurlar bu cür qadağaların səbəblərini polisdən soruşmurlar? Hamısı belə cavab verir: “Polisə sual verməyə həddimizmi çatır? Qaldı ki, bu qərarlar Pekindən çıxır. Heç polis də səbəbini bilmir. Bütün qərarlar Sincana çatana kimi formasını dəyişir. Qərarların necə həyata keçiriləcəyini polis də bilmir”. Sincanda hər 10 polisdən və hər 100 əsgərdən biri Uyğurdur. Bura Uyğurlara aid bir bölgə olsa da, polis qorumalarında çox da Uyğur yoxdur. Sürücüm bu mövzuya belə açıqlama gətirir: “Çinlilər uyğurları əsgərə almırlar. Ancaq rüşvətlə orduya girə bilirik. Çinlilər pul vermirlər, bizimkilər isə 1500 dollar rüşvət verir. Bunun səbəbi əsgərlərin iki il müddətində ayda 200-300 dollar maaş almasıdır. Bu, ildə 2500 dollar edir ki, burada bu çox yaxşı məbləğdir. Hətta mən özüm ayda 30 dollar qazanıram, yəni gündə bir dollar”. Həbsxanalar doludur Bəs Sincan yeni bir Tibet ola bilərmi? Hadisələr böyük qarşıdurmalara çevrilə bilərmi? Şərqi Türküstanda gedən proseslərə baxanda, bu çox çətindir. Uyğurlar çox qorxudulub. Hökumət bütün prosesləri öz əlinə alıb, idarə edir. Uyğur gəncləri siyasətdən uzaqlaşdırılır. Gənc qızlar fahişəliyə itələnir. Həbsxanalar uyğurlarla doludur. Kim üsyan edəcək? Uyğur TV-lərinə qadağalar Televizorda XJTV -3, XJ – TV5, XJTV – 8 və XJTV-9 adlı dörd Uyğur kanalı var. Ancaq bu kanallarda siyasətdən heç danışılmır. Ciddi qadağalardan keçən filmlərlə yanaşı, əxlaq və təhsil kimi “zərərsiz” qalmaqallı proqramlarda var. Proqramların çoxu Çindən idxal və tərcümə edilir. Kamal Sunal filmləri Kasetçiləri gəzərkən Urumçidə Tarkan, Mustafa Sandal, İbrahim Tatlısəs və Sərdar Ortacın albomlarına və Türkcə türkü kasetlərinə rast gəldim. Kamal Sunal filmlərinə də küçələrdə rast gəlinilir. Pekindən Sincana seks turları Urumçidə keçirdiyim iki həftə müddətində gənc Uyğur qızlarının Çinlilər tərəfindən fahişəliyə zorlandırıldığı iddialarını araşdırmaq üçün gecə klublarına getdim. Arzugül adlı bir Uyğur qızı, qiymətlərinin bir gecəlik 200 yuan olduğunu dedi. Çinlilər Uyğur qızlarını öz qızlarından daha çəkici gördüklərinə görə, başda Pekin olmaqla, digər bölgələrdən Sincana “seks turları” düzənləyirlər. Bir Uyğur son vəziyyəti belə anlatdı: “5 min tələbə daxili bölgələrə Çincə təhsil bəhanəsi ilə göndərildi. 5 illik ailələrindən ayrılan qızların hamısı subay idi. Bunların demək olar ki, heç biri geri qayıtmadı. Məqsəd təhsil verməkdirsə, bəs niyə evli qadınları seçmirlər?” “Qonağım var, axşama gəl” Əlbəttə, çarəsizlik içində qalan, pul qazanmaq üçün Çinin daxili bölgələrinə öz istəyi ilə gedənlər də var idi. Bunlar, bazarda gördüyüm, beş rükət namaz qılan qızlar ilə təzad təşkil edirdi. Ancaq daha vacibi, onların Çinlilər tərəfindən fahişəliyə məcbur edilmələri idi. Çinli iş adamları, işçisi olan Uyğur qızlarına “Qonağım var. Bu axşam bizə gələcəksən” dedisə, heç kim etiraz edə bilmir. Getməsə, işini itirmək təhlükəsi ilə nəticələnəcək. Uyğur ərlər də arvadları işlərini itirməsinlər deyə, səslərini çıxarmırlar. Cim-bom-bom Türk futboluna Şərqi Türküstanda maraq çoxdur və yaxından izlənilir. Uyğur Türklərindən Türkiyə Milli Komandasına və Süper Lig komandalarına böyük maraq var. Urumçidə Uyğurların yaşadığı bölgələrdə gəzərkən tez-tez sinələrində ay-ulduzlu Türkiyə forması ilə Qalatasaray forması geyinən gənclərlə qarşılaşdım. Türkiyədən gəldiyimi bildiklərində, “Cim-bom-bom” şüarlarını söylədilər. İnternetdən götürürlər Sincanda heç kim Türk TV kanallarını izləyə bilmir. Özəl antena quraşdırmağa heç kim cəsarət edə bilmir. Ancaq Uyğur Türkləri bu qadağalardan yayınmağa çarə tapıblar. İnternetdən serialları götürürlər. “Kurtlar Vadisi Pusu”nu da burada izləməyən yoxdu. Bir Uyğur bunu internetdən götürür, digərinə ötürür və beləliklə serial əldən-ələ keçir. Bəzi Uyğur qızları serialdan heyran olduqları Polad Alemdarı məndən soruşdular... Türkiyə mətbuatından çevirdi: Səbinə Əvəzqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar