SON XƏBƏRLƏR

Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

2021.10.20, 07:36
Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin APAya istinadən yaydığı məlumata görə, İranda islahatçı qanadın liderləri – prezidentliyə keçmiş namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, sui-qəsdi həyata keçirmək istəyən 5 nəfərlik terrorçu qrupdan 4-ü yaxalanıb. Terrorçuların İrandakı mövcud rejimi devirmək üçün silahlı mübarizə aparan “Xalqın Mücahidləri” təşkilatının üzvü olduqları və ölkəyə qonşu İraqdan keçdikləri bildirilir. Onlar Musəvi və Kərrubini öldürərək günahı rejimin üzərinə atmaq və xalqı üsyana təhrik etmək məqsədi güdürmüş.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar