SON XƏBƏRLƏR

Maykl Ceksonun boynuna iynə vurub öldürüblər

2021.10.20, 07:36
Maykl Ceksonun boynuna iynə vurub öldürüblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Pop musiqisinin kralı Maykl Ceksonun ölümü ilə bağlı müəmmalar aradan qalxır. Aparılan araşdırmalar onu göstərir ki, o öz əcəli ilə ölməyib, onu öldürüblər. Los-Anceles polisi bu qənayətə gəlib. Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, bəzi sənədlər hazır olduqdan sonra qatillərə qarşı cinayət işi açılacaq. Maykl Ceksonun ölümüylə bağlı yaxın müddət ərzində cinayət işi başlanılacaq. Bunu Los-Anceles şəhərin polis idarəsindən bildiriblər. Verilən məlumata görə, şübhəli şəxs qismində hələ ki əfsanəvi musiqiçinin kardioloqu Konrad Mürreynin adı çəkilir. Araşdırma aparan polis əməkdalşarı bildirirlər ki, Ceksonun evində bunu sübut edən bəzi dəlillər tapılıb. Ehtimal olunur ki, Maykl Ceksonun ölümünə «propofol» preparatın infeksiyası səbəb olub. Konrad Mürreyin şəxsi vəkili bu məlumatlara münasibət bildirməkdən imtina edib. Böyük Britaniyanın sarı mətbuatının məlumatına görə, Ceksonlar ailəsi ötən gün ekspertizanın nəticələrini alıb. Ekspertlərin qənaətinə görə, «diprivan» preparatının qəbul olunması Ceksonun ölümünə səbəb olub. Həmin preparatın son iynəsi boyun nahiyyəsinə vurulub. Ondan bir qədər sonra isə Ceksonun ürəyi dayanıb. Ekspertlər əlavə ediblər ki, pop musiqisinin kralı həmin iynəni boyun nahiyyəsinə özü vura bilməzdi və bunu onun həkimlərindən biri edib. Polis əməkdaşları həmin insanın şəxsiyyətini öyrənmək üçün araşdırmalar aparır. Maykl Ceksonun atası bildirib ki, o oğlunun qatillərinin 50 milyon dollar dəyərində təzminatın ödənilməsini tələb edəcək. Mayklın bacısı Canet isə bildirib ki, o qardaşının uşaqlarını böyüktməyə hazırdır. Uşaqların kimin yanında qalacağı da hələ məlum deyil. Maykl Cekson 1984-cü ildə «pepsi»nin reklamına çəkilən zaman yanıb. O vaxtdan həmin yanıqların ağrısını hiss etməmək üçün müğənni vaxtaşırı ağrıkəsici preparat qəbul edib. Bir müddətdən sonra Maykıl Cekson bu preparatlardan asılı vəziyyətə düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar