SON XƏBƏRLƏR

Enerji çatışmazlığına görə Güney Azərbaycanın 3 şəhərində tətil elan edildi

2025.01.12, 11:33
Enerji çatışmazlığına görə Güney Azərbaycanın 3 şəhərində tətil elan edildi

İranda enerji çatışmazlığı səbəbindən bu gün ölkənin bir neçə şəhərində, o cümlədən Güney Azərbaycanın Təbriz, Qəzvin və Ərdəbil şəhərlərində məktəblər və dövlət idarələri tətil elan edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, tətil "enerji istehlakının idarə edilməsi" və "havanın çirklənməsinin qarşısını almaq" məqsədi daşıyır.

Yanvarın 10-da da enerji çatışmazlığına görə, İranın 17 əyalətində məktəblər, Universitetlər və dövlət idarələrinin fəaliyyəti dayandırılmışdı.

Qeyd edək kİ, ötən həftələrdə yanacaq təchizatı problemi səbəbindən bir çox elektrik stansiyaları bağlanıb və elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb.

Buna görə, bir sıra əhəmiyyətli istehsal müəssisələri və zavodlarn fəaliyyətində problemlər yaranıb, onlarla müəssisə fəaliyyətini dayandırmağa məcbur olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar