SON XƏBƏRLƏR

Azərbaycanlı şair və araşdırmaçı Saleh Səccadi Mədəniyyət Nazirliyinin türk kitabları ilə bağlı məntiqsiz qaydalarını tənqid edib

2025.01.22, 11:12
Azərbaycanlı şair və araşdırmaçı Saleh Səccadi Mədəniyyət Nazirliyinin türk kitabları ilə bağlı məntiqsiz qaydalarını tənqid edib

Təbrizli şair və araşdırmaçı Saleh Səccadi Mədəniyyət Rəhbərliyi Nazirliyinin türkcə kitabların yazılması ilə bağlı məntiqsiz göstərişlərini tənqid edərək, bu qanunları türk mətnlərinin dil və mədəni quruluşuna ziyan vurduğunu bildirib və nəşriyyatları mədəni irs sahəsində ciddi tədbirlər görməyə çağırıb.

Gunaz.tv

O bildirib ki, yeni tələb nəşriyyatlardan bütün alınma sözləri orijinal dildə olduğu kimi yazmağı tələb edir.

Səccadi bunu düzgün hesab etməmişdir: "Biz şeirdə və ya mətndə bir sözü orijinal dildə yazanda mətnin quruluşu və hecaları xaotik olur" - deyə o bildirib.

O, həmçinin nəşriyyatları və mədəni fəallarını bu durum qarşısında passiv olmamağa və bu problemi həll etmək üçün çarə axtarmağa çağırıb.

Mədəniyyət Nazirliyi “İran Azərisi” adlı bir dil icad etməklə və türkcə kitabların yoxlanılmasında görünməmiş sərtlik tətbiq etməklə, Azərbaycan türkcəsində kitabların nəşri prosesini faktiki olaraq dayandırmış və türk yazıçı və şairlərinin nəşr sahəsini daha da məhdudlaşdırmışdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar