SON XƏBƏRLƏR

İslami İrşad Nazirliyi türk əsərlərinə senzuranı gücləndirir

2025.02.19, 11:09
İslami İrşad Nazirliyi türk əsərlərinə senzuranı gücləndirir

Bəhram Əsədi türk kimliyi ilə bağlı şeirlərin yığışdırıldığını açıqlayıb.

Gunaz.tv

İran Mədəniyyət və İslami İrşad Nazirliyi türk əsərlərinə qarşı senzurasını gücləndirməkdə davam edir. Yazıçı, şair və Urmudakı“Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi nazirliyin türk ədəbi əsərlərinə senzura ilə bağlı yeni məhdudiyyətlərini açıqlayıb.

Bəhram Əsədi sosial media hesabında etdiyi paylaşımda hətta iranlılıq vurğusu ilə başlayan şeirin bəzi sətirlərinin azərbaycan və türk kimliyinə istinad edildiyi üçün senzuraya məruz qaldığını və onların silinməsi üçün müraciət edildiyini bildirib.

Məlumata görə, İslami İrşad Nazirliyi bu kitabdakı poeziyadan “anam yurdu azərbaycanlıyam mən” və “şərafət elçisi türk milləti imiş” sətirlərinin çıxarılmasını cənab Əsəddən tələb edib.

Cənab Əsədi Təbriz Mədəniyyət Həftəsinin bağlanışında yaşanan son hadisə ilə bağlı da öz fikrini deyib:

"Ölkə prezidenti şovinizmin əsirinə çevrilərək, türkcə danışa bilmirsə, biz bu hakimiyyətdən necə dil haqqı tələb edə bilərik” - deyə o bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar