SON XƏBƏRLƏR

İran Uşaq Hüquqları Konvensiyasına əməl etmir

2025.02.28, 14:16
İran Uşaq Hüquqları Konvensiyasına əməl etmir

Son 7 il ərzində İranın Sistan və Bəlucistan əyalətində hökumət məmurları tərəfindən güllələnərək öldürülən bəluc uşaqların sayı açıqlanıb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumatyayıb.

Məlumata görə, 2017-ci ildən bu günə kimi hökumət məmurları 86 sünni məzhəbli etnik bəluc uşağa atəş açıb, onlardan 56-ı ölüb, 30-u isə yaralanıb.

Öldürülən uşaqların çoxunun yaşının 10-dan az olduğu bildirilib.

Qeyd edək ki, İranın da imzaladığı Uşaq Hüquqları Konvensiyasına əsasən, hökumətlər uşaqların yaşamaq, təhlükəsizlik və dövlət zorakılığından müdafiə hüquqlarını qorumağa borcludurlar. 

Bu konvensiyanın 6-cı maddəsində vurğulanır ki, hər bir uşağın yaşamaq hüququ var və hökumətlər uşaqları qorumaq və yaşatmaq üçün hər cür səy göstərməlidir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar