SON XƏBƏRLƏR

Hökumət sözçüsü ana dildə təhsil ilə bağlı fikirlərindən geri çəkilib

2025.03.08, 11:35
Hökumət sözçüsü ana dildə təhsil ilə bağlı fikirlərindən geri çəkilib

Bir neçə gün əvvəl İran hökumətinin sözçüsü Fatimə Möhacirani jurnalistlərin və kameraların qarşısında “Ana dilində təhsil məsələsi hökumətin gündəmindəki çox mühüm məsələlərdən biridir” desə də, o bu fikirlərindən geriçəkilib.

Gunaz.tv

İranşəhri irqçi qrupların təzyiqlərindən sonra fikirlərini dəyişdirən Möhacirani demək istədiyi şeyin  "ana dilində təhsil" yox, "ana dilinin tədrisi" olduğunu deyib.

O, bu barədə sosial media hesabında yazıb:

"Sözlərimi düzgün təqdim olunmaması bəzi izləyicilər arasında anlaşılmazlığa səbəb olub. Konsitutsiyasın 15-ci maddəsi məktəblərdə ana dilinin tədrisini şərtləndirir, ana dilində təhsili yox." - deyə Möhacirani bildirib.

Qeyd edək ki, “ana dilində təhsil” dedikdə məktəb dərsliklərinin hər birinin standart ana dilində (məsələn, türk dilində) yazılması nəzərdə tutulur. "Ana dilinin tədrisi" isə həftədə yalnız 1-2 saat ana dilinin ayrıca dərs kimi keçilməsi deməkdir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar