SON XƏBƏRLƏR

Qərbi Azərbaycan meteorologiya idarəsinin baş direktoru Urmiyə-Sulduz yolunda dünyasını dəyişib

2025.04.02, 11:26
Qərbi Azərbaycan meteorologiya idarəsinin baş direktoru Urmiyə-Sulduz yolunda dünyasını dəyişib

Güney Azərbaycanın təhlükəli və keyfiyyətsiz yolları can almaqda davam edir, bu dəfə Qərbi Azərbaycan Meteorologiya İdarəsinin baş direktoru bu yolların qurbanı olub.

Gunaz.tv

Çərşənbə axşamı axşam saatlarında Qərbi Azərbaycan vilayətinin meteorologiya baş direktoru İsmayıl Simainin avtomobili Urmiyə-Sulduz magistral yolunda Rəşkan şəhərinə çatmamış aşıb, nəticədə o, dünyasını dəyişib. Hadisə zamanı onun övladı və həyat yoldaşı da yaralanaraq tibb məntəqəsinə aparılıb.

Güney Azərbaycan yollarının təhlükəsizlik əmsalının aşağı olması, eləcə də İran istehsalı olan nəqliyyat vasitələrinin standartdan kənar olması qəzaların artmasının əsas səbəbidir.

Bir müddət əvvəl Qərbi Azərbaycanın Yol Təsərrüfatı və Avtomobil Nəqliyyatı Baş direktoru Əbdülhüseyn Əli Əkbəri bu əyalətdəki yolların acınacaqlı vəziyyəti ilə bağlı xəbərdarlıq etmişdi.

“Qərbi Azərbaycan ölkədə yeganə vilayətdir ki, bir kilometr belə magistral yol yoxdur.” - deyə o bildirmişdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar