SON XƏBƏRLƏR

"Traxtur" liderliyini qoruyub saxladı

2025.04.12, 10:49
"Traxtur" liderliyini qoruyub saxladı

Təbrizin “Traxtur” komandası İran çempionatında növbəti qarşılaşmada turnir cədvəlində liderliyini qoruyub saxlaya bilib.

Gunaz.tv

Təbriz təmsilçisi dünən 25-ci turun oyununda yerli vaxtla saat 17-45-də Yəzdin Nəsiri stadionunda Ərdəkanın “Çadirmlu” komandası ilə keçirdiyi görüşü 2:2 hesabı ilə başa vurub.

Bununlada “Traxtur” 55 xalla (25 oyun) turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

Qeyd edək ki, qarşılaşma zamanı rəqib komandanın tərəfdarları "Traxtur" oyunçularını və tərəfdarlarını təhqir edib, meydana yad əşyalar atıblar.

"Traxtur" klubunun xorvatiyalı baş məşqçisi Draqan Skoçiç mediaya verdiyi müsahibədə bundan təəssüfləndiyini bildirib.

O, rəqib komanda, tərəfdarlar və hakimin hərəkətlərini mədəniyyətsizlik adlandırıb.

"Çox çalışsaq da qələbə qazana bilmədik, ona görə ki, hakim rəqibin vaxt itirməsinə kömək etdi",- Skoçiç deyib.

Baş məşqçi bütün bunlara baxmayaraq, "Traxtur"un mübarizə apararaq çempion olacağını söyləyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar