SON XƏBƏRLƏR

Ayaz Seyfxah 36 gündən sonra aclıq aksiyasını dayandırır

2025.04.13, 10:18
Ayaz Seyfxah  36 gündən sonra aclıq aksiyasını dayandırır

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Ayaz Seyfxah aclıq aksiyasını dayandırıb.

Gunaz.tv

Bu azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə xəbəri təsdiqləyərək deyib: “Cənab Seyfxah 36 gün dözdükdən sonra 12 aprel 2025-cü il, şənbə günü aclıq aksiyasını dayandırdı”.

Ayaz Seyfxah ona və digər Güney Azərbaycan fəallarına qarşı ədalətsiz hökmlərə və uydurma ittihamlara etiraz olaraq 2025-cü il martın 7-dən aclıq aksiyası keçirirdi. O, aprelin 11-də 209-cu palataya köçürülmüşdü.

Qeyd edək ki, bu azərbaycanlı fəal 2024-cü ilin yanvarında ədalətli mühakimə prinsiplərinə əməl olunmadan həbs edilib və 2024-cü ilin oktyabrında Tehran İnqilab Məhkəməsinin hakim Əbülgəsim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib və hökm apellyasiya şöbəsi tərəfindən təsdiqlənib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar