SON XƏBƏRLƏR

Təbrizli təqaüdçülər yenidən etiraz aksiyası keçiriblər

2025.04.15, 10:39
Təbrizli təqaüdçülər yenidən etiraz aksiyası keçiriblər

İran Telekommunikasiya Şirkətinin təbrizli təqaüdçüləri aprelin 14-də yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə yerli sosial media platformalarında məlumat yayılıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Təbrizlə yanaşı Sənəndəc, Bicar, Kirmanşah, İsfahan və Rəşt şəhərində də təqaüdçülər eyni tələblərlə aksiya keçiriblər

Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar