SON XƏBƏRLƏR

İran Futbol Federasiyasından Traxtora qarşı daha bir addım

2025.04.15, 14:45
İran Futbol Federasiyasından Traxtora qarşı daha bir addım

İran Futbol Federasiyasının nizam-intizam komitəsi Traxtor komandasının çempionluğunun qarşısını almaq üçün komandaya cəzalar verib.

Gunaz.tv

Traxtor və İstiqlal komandalarının qaşılaşmasında stadionda yaranmış atmosfer xarici media və dünya futbolsevərləri tərəfindən yüksək qiymətləndirildiyi halda İran Futbol Federasiyasının nizam-intizam komitəsi Traxtor azarkeşlərini cərimələyib.

Belə ki, Federasiya komandanı 500 milyon tümən məbləğində cərimələyib və Traxtor İstiqlal ilə ev oyununda 50%-lik tamaşaçı sayı ilə oynamaq məcburiyyətində qalacaq.

Cərimə "ümumi davranış qaydalarının pozulması", "fişən və yandırıcı maddələrdən istifadə", "tamaşaçıların meydana çıxması" və "təhqiramiz ifadələr işlətmə" iddialarına görə tətbiq edilib.

Bundan başqa Federasiya Traxtorun oyunçusu Şüca Xəlilzadənin kobud davranışlara görə komandanı 300 milyon tümən cərimələyib. Əlavə olaraq komandanın meneceri Xudadad Əzimi də 200 milyon tümən cərimələnib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar