SON XƏBƏRLƏR

Təbriz Vətəndaşlıq Dairəsi “Elman” adlı uşağa doğum haqqında şəhadətnamə verib, ancaq “Elyar” isə adlı qardaşına yox

2025.04.22, 12:20
Təbriz Vətəndaşlıq Dairəsi “Elman” adlı uşağa doğum haqqında şəhadətnamə verib, ancaq “Elyar” isə adlı qardaşına yox

Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi bir ailənin “Elman” adlı böyük oğluna doğum haqqında şəhadətnamə versə də, “Elyar” adlı kiçik oğluna doğum haqqında şəhadətnamə verməyib və onun adını “Əlyar” kimi qeydə alıb.

Gunaz.tv

Bu barədə Hüseyn Hüseynzadə Balamın Adı kampaniyasına danışıb.

"Bacımın ilk uşağı 2009-cu ildə dünyaya gəlib. Ailəsi onda Elman adını seçmişdi. O zaman Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi ona heç bir problemsiz vəsiqə verib. Ailənin ikinci uşağı isə 2012-ci ildə dünyaya gəlib və ailəsi ona Elyar adını seçsələrdə bu dəfə  Vətəndaş Vəziyyəti Qeydiyyatı idarəsi bu adı həmzə işarəsini bəhanə edərək qeydiyyata almaqdan imtina etdi. Ailə Elman adlı övladlarının doğum haqqında şəhadətnaməsini göstərərək,nəyə görə Elman adını qəbul etdiklərini, ancaq Elyarı qəbul etmədiklərini soruşduqda idarə rəsmilərinin bu səlahiyyətin artıq Tehranın əlində olduğunu bildiriblər. Valideynlər bir müddət adı olduğu kimi qeydə almaq üçün mübarizə aparsa da Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləri sonda uşağın adını Əlyar kimi qeydiyyata alıblar."

Xatırladaq ki, Vətəndaşlıq Qeydiyyatı Təşkilatının türk adlarına qarşı çıxma üsullarından biri də türk adlarının doğum şəhadətnaməsinə yanlış formada yazılmasıdır. İdarə "Faiqə", "Faizə", "Maidə" kimi həmzəli qeyri-türk adlarına heç bir problem yaratmasa da, sıra türk adlarına gələndə bu adları türk dilində olduğu kimi qeydə almaqdan imtina edir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar