SON XƏBƏRLƏR

Traxtorun qələbəsindən sonra Təbrizdə insanlar küçələrə axışıb

2025.04.26, 10:40
Traxtorun qələbəsindən sonra Təbrizdə insanlar küçələrə axışıb

"Traxtor" komandası dünən axşam Əhvaz şəhərində fulad komandasını məğlub edərək, Premyer Liqanın başa çatmasına üç həftə qalmış turnir cədvəlinin zirvəsindəki mövqeyini möhkəmləndirib.

Gunaz.tv

Bu qələbədən sonra Güney Azərbaycanın hər yerindən insanlar küçələrə çıxaraq sevimli komandalarının qələbəsini qeyd edərək şənliklər keçirib və şüarlar səsləndiriblər.

Təbrizdə yüz minlərlə insan küçələrə çıxaraq "bu torpaqadan pay olaz, Urmu Kürdüstan olmaz", “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Traxtoru el İstər, şərəfli millət İstər”, “Azərbaycan qızları, göylərin ulduzları”, “Təbriz Bakı Ankara biz hara farslar hara” şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə görə, İran hökumətinin təhlükəsizlik qüvvələri Təbrizin ortasında şənlik keçirən insanlara müdaxilə edib və bir çox iştirakçını həbs edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar