SON XƏBƏRLƏR

Təbrizdə rüşvət üstündə tutulan müstəntiq vəkillik lisenziyasını almaq ərəfəsindədir

2025.04.29, 11:21
Təbrizdə rüşvət üstündə tutulan müstəntiq vəkillik lisenziyasını almaq ərəfəsindədir

Bu yaxınlarda Təbriz Kəşfiyyat İdarəsi tərəfindən rüşvət aldığı üçün həbs edilən Təbriz İstintaq İdarəsinin 15-ci şöbəsinin keçmiş rəisi Seyid Əli Musəvi Əqdəm Şərqi Azərbaycan Vəkillər Kollegiyasından vəkillik lisenziyası almaq ərəfəsindədir.

Gunaz.tv

Bu barədə azərbaycanlı hüquqşünas Sina Yusifi özünün sosial media hesabında yazıb.

“Ədliyyə məmurlarının insan haqlarını pozan bu şəxsin törətdiyi cinayətləri ört-basdır etməkləri və araşdırmamaqları azmış kimi indi də ona vəkillik lisenziyası verməyə hazırlaşırlar.” - deyə o bildirib.

Qeyd edək ki, Seyid Əli Musəvi Əqdəm prokurorluqda işlədiyi müddətdə və İstintaq İdarəsinin 15-ci bölməsinin rəisi vəzifəsində çalışarkən siyasi fəalları qanunsuz və əsassız səbəblərdən həbs etməklə vətəndaşların qanuni hüquqlarını pozub. O, hakimlik vəzifəsini yerinə yetirmək əvəzinə, daim təhlükəsizlik qurumlarının əmrlərinə tabe olub, işlərin taleyini müəyyən etmək üçün bu qurumlardan göstərişlər gözləyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar