SON XƏBƏRLƏR

Traxtorun Ərdəbili azarkeşlərinə təzyiqlər edilir

2025.05.02, 10:56
Traxtorun Ərdəbili azarkeşlərinə təzyiqlər edilir

Son günlər Traxtor komandasının 25 ərdəbili azarkeşi Polis və İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinə çağırılıb.

Gunaz.tv

Traxtorun azarkeşlərinə qarşı təzyiqlər həmişə var idi, ancaq bu dəfə həm polis, həm də SEPAH-ın məsələyə eyni anda qarışması məsələnin həssaslığından xəbər verir.

İdarələtə çağırılan fəallardan Traxtorun çempion olması halında fəalların Ərdəbil küçələrinə çıxması qadağan edilib və "Urmiya, Türkündür, Türkün, Qalacaq", "Ərdəbil, Canındır, Təbriz, Axar, qanımdır" və digər şüarları  səsləndirməmələri istənilib.

Həmçinin dünən təhlükəsizlik qurumları “Traxtor” azarkeşlərini oyunu izləmək üçün Qəzvin şəhərinə aparmalı olan avtobus sürücüsü ilə əlaqə saxlayıb təhdid edərək, onu müqaviləni ləğv etməyə məcbur ediblər.

Qeyd edək ki, Azərbaycanın müxtəlif şəhərlərində Traxtorun oyunlarının ictimai yerlərdə keçirilməsi nəzərdə tutulan canlı yayımlarının ləğvi ilə bağlı əmrlər verib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar