SON XƏBƏRLƏR

Kərim İsmayılzadə zəlzələdə zərərçəkmişlərə yardım etdiyinə görə cəzalandırılır

2025.05.02, 11:28
Kərim İsmayılzadə zəlzələdə zərərçəkmişlərə yardım etdiyinə görə cəzalandırılır

Kərim İsmayılzadəyə yönəldilən ittihamlardan biri də Türkiyənin Təbrizdəki konsulluğu vasitəsilə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərməsidir.

Gunaz.tv

Əvvəllər Türkmən Səhra daşqını, Qaradağ zəlzələsi və Xoy zəlzələsi zamanı bu bölgələrin əhalisinə köməklik göstərən Kərim İsmailzadə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra zərərçəkənlərə yardım etmək üçün vəsait toplamış və Türkiyənin Təbrizdəki konsulluğuna göndərmişdi.

Kərim İsmayılzadənin ailəsinə yaxın qaynaqların verdiyi məlumata görə, həbsxanada ona yönəldilən ittihamlardan biri də məhz bu zəlzələ zamanı Türkiyəyə yardım göstərmiş olmasıdır.

Xatırladaq ki, Kərim İsmayılzadə 2025-cü il martın 10-da bazar ertəsi İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə iş yerinə basqın zamanı həbs edilib. Ailəsi onun harda olması barədə yalnız iki ay sonra, o, Təbriz həbsxanasına köçürüldükdən sonra xəbər tuta bilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar