SON XƏBƏRLƏR

Güney Azərbaycanlı Xalça ustası əl ilə toxunmuş nəfis əsərini Quzey Azərbaycanın Xalça Muzeyinə hədiyyə edib

2025.05.02, 11:58
Güney Azərbaycanlı Xalça ustası əl ilə toxunmuş nəfis əsərini Quzey Azərbaycanın Xalça Muzeyinə hədiyyə edib

Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı təbrizli rəssam Həmid Kazemnia Şahsuni əl işlərindən birini mədəni hədiyyə olaraq Azərbaycan Respublikası Milli Xalça Muzeyinə bağışlayıb.

Gunaz.tv

Bu dəbdəbəli əsərin müəllifi Həmid Kazemnia ənənəvi Güney Azərbaycan toxuculuğunun fərqli mövqeyini vurğulayaraq bildirib ki, Azərbaycan bölgəsi ənənəvi toxuculuq, o cümlədən xalça, kilim, sumaq, cecim sahəsində zəngin irsə malikdir. Onların arasında Şahsevən tayfasının toxunmuş parçaları praktiki dəyəri, estetikası və ətraf mühitə uyğunluğu ilə önəmli mövqe tutur.

“Ənənəvi Azərbaycan xalçası təkcə toxunma üsulu ilə müəyyən edilmir, həm də yüksək keyfiyyətli yun və ya ipəyin, təbii rənglərin, yerli motivlərin seçilməsi də onun müəyyənləşməsində əsas rol oynayır.” - deyə o bildirib.

Qeyd edək ki, 1953-cü ildə Təbrizdə anadan olan Həmid Kazemnia ənənəvi xalçalar və əl işləri sahəsində beynəlxalq səviyyədə tanınan simalardan biri hesab olunur. O, İrandan Ümumdünya Əl Sənəti Təşkilatının üzvü olan yeganə rəssamdır və onun bütün əsərləri UNESCO-dan orijinallıq möhürü alıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar