SON XƏBƏRLƏR

Traxtur çempion!

2025.05.02, 22:39
Traxtur çempion!

Tarxtur tarixində ilk dəfə çempion oldu.

Gunaz.tv

Traxtur komandası Qəzvinin “Şəms Azər” komandasını 4:0 hesabı ilə inamlı şəkildə məğlub edib.

 

Oyun Qəzvindəki “Sərdar Azadegan” stadionunda keçirilib. Oyun ilk dəqiqələrdən Traxturun tam nəzarəti altında olub. Artıq birinci dəqiqədə xorvatiyalı hücumçu Domaqoy Drojdek hesabı açıb. 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə üstünlüyü ikiqat artırıb, 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.

İkinci hissədə “Şəms Azər”in müdafiəçisi Homən Rəbiizadənin qovulmasından sonra “Traktor” penalti hüququ qazanıb. 11 metrlik cərimə zərbəsini yerinə yetirən Rikardo Alveş topu tora göndərərk oyunda yekun hesabı müəyyənləşdirib: “Şəms Azər” – 0, “Traktor” – 4:0.

Qələbə “Traktor”a mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.

Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar