SON XƏBƏRLƏR

İranda insanlar çətin yaya hazır olmalıdırlar

2025.05.07, 15:17
İranda insanlar çətin yaya hazır olmalıdırlar

İranda insanlar çətin yaya hazır olmalıdırlar.

Gunaz.tv

Bu sözləri İranın Enerji Sənayesi Sindikatının katibi Mehdi Masaeli ILNA-ya müsahibəsində deyib.

Məsaili Amerika ilə nüvə danışıqlarının uğurlu olacağı təqdirdə belə ölkəni gözləyən elektrik enerjisi böhranının həll olmayacağını deyib.

"Biz ilk növbədə qaz, dizel, su problemlərini həll etməliyik." - deyə o bildirib.

Mehdi Məsaili yay aylarında elektrik enerjisi və suya tələbatın artdığını xatırladıb.

"İşıq yoxdursa soyutma sistemləri, su pompaları, liftlər işləməyəcək. Bu, rifahı azalda və sosial narazılığı artıra bilər." - deyə Məsaili bildirib.

O, vətəndaşlardan çətin yaya hazırlaşmağı, ölkə rəsmilərindən isə vəziyyətin ciddiyətini yumşaltmamağı istəyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar