SON XƏBƏRLƏR

Təbrizin Səhənd stadionunda hökumət tərəfdarları fitə basılıb

2025.05.09, 11:22
Təbrizin Səhənd stadionunda hökumət tərəfdarları fitə basılıb

Təbrizin Səhənd stadionunda hökümət məddahı Mehdi Leycini “Traxtor” azarkeşləri tərəfindən fitə basılıb.

Gunaz.tv

Dünən “Traktor” – “Nəsəci” matçının fasiləsində İran İslam Respublikası rejimi “Traktor” azarkeşini siyasi istismar etmək məqsədi ilə Mehdi Leycini mədhiyyə oxumaq üçün meydana çıxarıb. Bu hərəkət Traxtor azarkeşlərinin etirazına səbəb olub, minlərlə insan onu yuhalayıb və fitə basıblar.

Hökumətin bu hərəkətinə tərəfdarların qəzəbi o qədər güclü olub ki, təhlükəsizlik qüvvələri onu hadisə yerindən uzaqlaşdırmağa məcbur olub.

Qeyd edək ki, Azərbaycan fəalları son zamanlar təhlükəsizlik qüvvələrinin azarkeşlərin içərisinə soxulması və azərbaycanlı “Traktor” azarkeşlərinin milli şüar və tələblərinin yayındırılması ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər.

Xatırladaq ki, 2019-cu ilin may ayında Persepolis Premyer Liqanı qazandıqdan sonra Mehdi Leyci adlı bu şəxs Persepolis oyunçularının  şəklini və "çempion" sözünü əks etdirən paylaşım edərək Traxtor azarkeşlərinin qəzəbinə səbəb olmuşdu.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar