SON XƏBƏRLƏR

Təbrizli təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər

2025.05.12, 14:16
Təbrizli təqaüdçülər yenidən etiraz aksiyası keçirdilər

İran Telekommunikasiya Şirkətinin təbrizli təqaüdçüləri mayın bu gün yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial platformalarında məlumat yayıblar.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar