SON XƏBƏRLƏR

ŞİRİN İBADİ PREZİDENTƏ MƏKTUB YAZIB

2021.10.20, 07:36
ŞİRİN İBADİ PREZİDENTƏ MƏKTUB YAZIB

Gunaz.tv
Şirin İbadi Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi açıq məktub yayaraq İranda insan hüquqlarının müdafiəsi ilə məşğul olan fəallara hökumət təzyiqinin artdığını vurğulayıb və prezident Mahmud Əhmədinejadı kəskin tənqid edib. “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında Ş.İbadi prezidentə yazdığı açıq məktubundan danışıb: “İnsan hüquqlarını müdafiə edən vəkillərin daim istintaqa çağırılaraq dindirilməsi və mənim ofisimə hücumlar ölkə konstitusiyasına və beynəlxalq qanunlara zidd hərəkətdir. İran prezidenti konstitusiyanın mühafizəçisi olan şəxs kimi bu qanunsuz hərəkətlərin qarşısını almalıdır. Bütün bu qanunsuz hərəkətləri icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən təhlükəsizlik qüvvələri həyata keçirir”. Ş.İbadinin məktubunda deyilir: “Sizin başçılıq etdiyiniz hökumətin son 6 ayda şəxsən mənə və digər hüquq müdafiəçilərinə qarşı müxtəlif təzyiqi göz qabağındadır. Bu təzyiqlərə ötəri nəzər salan hər bitərəf müşahidəçi sizin hökumətinizin İranda hüquq müdafiəçilərinə qarşı necə təzyiqlər tətbiq etdiyinin və onlarla necə qanunsuz və qeyri-insani davrandığının şahidi olar”. Nobel mükafatçısı İran prezidentindən hüquq müdafiə fəallarına qarşı təzyiqlərə son qoyulmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar