SON XƏBƏRLƏR

NATO–nun yeni strateji planında Türkiyə əhəmiyyəli rol oynayacaq

2021.10.20, 07:36
NATO–nun yeni strateji planında Türkiyə əhəmiyyəli rol oynayacaq

Gunaz.tv
Yaap de Hop Sxeffer Türkiyənin Əfqanıstanda sülhün bərqərar olmasında göstərdiyi səyləri yüksək qiymətləndirib NATO–nun yeni strateji planında Türkiyənin əhəmiyyəli rol oynayacağına ümid edirik. ANS PRESS-ni CNNTürk-ə istinadən yaydığı məlumata görə, belə bir bəyanatla Türkiyədə səfərdə olan NATO baş katibi Yaap de Hop Sxeffer keçirdiyi görüşlər zamanı bildirib. NATO–da Türkiyənin rolunu önə çəkən Sxeffer Əfqanıstan və digər "qaynar" bölgələrdə Türkiyənin səylərini yüksək qiymətləndirdiyini bildirib. Sxefferin sözlərinə görə, yeni strateji plan 12 nəfərdən qrupun yaradılmasını nəzərdə tutur. O, Türkiyə nümayəndəsinin də bu qrupa daxil olmasını istədiyini bildirib. Qeyd edək ki, Türkiyədə səfərdə olan NATO baş katibi bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, prezident Abdulla Gül və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüşüb. Avqust ayında vəzifəsini Andres Foq Rasmussenə təhvil verməli olan Sxefferin Ankaraya səfəri müttəfiq ölkələrin paytaxtlarında keçirdiyi vida görüşləri çərçivəsində baş tutub. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar