SON XƏBƏRLƏR

İran prezidentliyinə namizəd Təbrizdə Dağlıq Qarabağ münaqişəsindən danışıb

2021.10.20, 07:36
İran prezidentliyinə namizəd Təbrizdə Dağlıq Qarabağ münaqişəsindən danışıb

Gunaz.tv
Möhsün Rzai: “İran xarici siyasətdə fəal olsaydı, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ işğal edilə bilməzdi” İran prezidentliyinə namizəd Möhsün Rzai Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və rəsmi Tehranın o dövrdəki xarici siyasətindən danışıb. ANS PRESS, Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, prezidentliyə namizəd seçkiqabağı təşviqat çərçivəsində Təbrizdə çıxış edib. Möhsün Rzai deyib ki, İran təxminən 20 il əvvəl xarici siyasətdə fəal olsa və bölgədəki rolunu yaxşı oynaya bilsəydi, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilə bilməzdi. Möhsün Rzai İranın düzgün xarici siyasət yürütməli olduğunu bildirib: “İranın xarici siyasəti bölgədə və qonşu ölkələr arasında elə təsirli olmalıdır ki, qarşıdurmalara və müharibələrə şahid olmayaq”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar