SON XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Dünya Kubokunun qalibi oldu

2021.10.20, 07:36
Azərbaycan cüdoçusu Dünya Kubokunun qalibi oldu

Gunaz.tv
Həmyerlimiz bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb Azərbaycan cüdoçusu Elxan Məmmədov Rumıniyanın paytaxtı Buxarestdə başa çatan Dünya Kubokunun qalibi olub. Lent.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məmmədov əvvəlcə Georgitsa Stantsiunu (Rumıniya), sonra isə İon Botnarentsonu (Moldova) yenib. Yarımfinalda həmyerlimizin rəqibi Kaptser Larem (Polşa) olub. Bu dəfə də qələbə qazanan cüdoçumuz finalda Milan Randlı (Slovakiya) məğlubiyyətə uğradıb. Dünya Kubokundakı digər cüdoçumuz Elçin Qasımov (73 kq) isə mükafatçılar sırasına düşə bilməyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar