SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər artır

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər artır

Gunaz.tv
ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov Moskvada Rusiyanın xarici işlər nazirinin müavini Qiriqori Karasinlə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların indiki vəziyyəti və gələcək perespektivləri müzakirə olunub. Bundan əvvəl isə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Sankt- Peterburq görüşünün yekunu ilə bağlı bəyanatla çıxış ediblər. Minsk qrupu həmsədrlərinin bəyanatında bildirilir ki, prezident İlham Əliyev və Serj Sarkisyanın görüşü konstruktiv atmosferdə keçirib və problemin nizamlanması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Müzakirələrdə tərəflər bir birinin mövqeyinə hörmətlə yanaşıblar. Dağlıq Qarabağ probleminin həlli məsələsində iki ölkənin mövqeləri xeyli yaxınlaşıb. Vasitəçilər qeyd ediblər ki, danışıqlar Madrid sənədində əksini tapan və son beş il müddətində işlənmiş prinsiplər əsasında aparılıb. Prezidentlər səviyyəsində müzakirə olunan bu prinsiplər ətrafında yaxınlaşma konturları hiss olunur. Həmsədrlər hesab edirlər ki, növbəti görüşlərdə baza prinsiplərinin reallaşdırılma ehtimalı yüksəkdir. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü isə iyul ayında baş tuta bilər. Yaxın vaxtlarda həmsədrlərin yenidən regiona səfəri gözlənilir. Səfər zamanı prezidentlərin görüşünün vaxtı dəqiqləşdiriləcək. İyunun 9-da Ermənistana səfər edəcək Birləşmiş Ştatların dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Filipp Qordon da Yerevanda Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması yollarını müzakirə edəcək. Onun Bakıya da gələcəyi gözlənilir. Tərəflərin mövqelərindəki yaxınlaşma və diplomatik təmaslarda intensivliyin müşahidə olunması belə deməyə əsas verir ki, yaxın vaxtlarda probelmin yoluna qoyulması istiqamətində ciddi nəticələr əldə oluna bilər. Bunun üçün xüsusən Ermənistan içtimaiyyətinin kompramislərə hazır olması vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar