SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsi Vaaşinqtonda müzakirə edilib

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsi Vaaşinqtonda müzakirə edilib

Gunaz.tv
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vaaşinqtonda müzakirə edilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Amerika Birləşmiş Ştatlarına səfəri zamanı münaqişə ilə bağlı danışıqlar prosesinə münasibət bildirilib. Cənubi Qafqazda sabitliyin bərqərar olması Amerika Birləşmiş Ştatları üçün xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də Vaşinqton Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərindəki dəyişiklikləri diqqətlə izləyir. Birləşmiş Ştatların dövlət katibi Hilari Klinton belə deyib. Onun Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar. Yerevanla Ankara arasında razılaşdırılmış “Yol xəritəsi» layihəsi yüksək qiymətləndirilib. Amma bu layihənin Dağlıq Qarabağ münaqişəsinin həllindən əvvəl gerçəkləşə bilməyəcəyi vurğulanıb. Vaşinqton problemin tezliklə aradan qaldırılmasını istəyir. Türkiyə xarici siyasət idarəsinin rəhbəri isə Ankaranın, Azərbaycanın bölgənin həyatında oynadığı rola xüsusi önəm verdiyini deyib. Davudoğlunun sözlərinə görə, Bakının təşəbbüsü ilə start götürən bütün enerji layihələrinin bölgə üçün həyati önəmi var. Regionun iqtisadi inkişafına ən böyük maneə isə Dağlıq Qarabağ münaqişəsinin hələ də həlledilməmiş qalmasıdır. Əhməd Davudoğlu bildirib ki, Cənubi Qafqazda münaqişələrin həll olunması üçün danışıqlar yeganə çıxış yoludur. Xarici işlər naziri ümidvar olduğunu bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması, Ankara ilə Bakının münasibətlərinə mənfi təsir etməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar