SON XƏBƏRLƏR

Qoşaçayın Sərçem yolunda, yol qəzasında 4 nəfər ölüb

2025.05.24, 11:40
Qoşaçayın Sərçem yolunda, yol qəzasında 4 nəfər ölüb

Qoşaçayda, Sərçem yolunda iki avtomobilin toqquşması yanğına səbəb olub və hadisə zamanı 4 nəfər həlak olub.

Gunaz.tv

Hadisə ilə bağlı Qoşaçay Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin baş direktoru Saman Məhəmmədi məlumat verib.

"Hadisə Şorca kəndi yaxınlığındakı Sərçem yolunda minik avtomobili ilə yanacaq çəni (dizel) daşıyan qoşqu arasında baş verib və nəticədə hər iki avtomobil yanıb. Xilasetmə qruplarının gəldiyi zaman avtomobillərin tamamilə alov içində qaldığını nəzərə alsaq, təəssüf ki, avtomobillərin içində olanları xilas etmək mümkün olmayıb və minik avtomobilində olan üç nəfər və qoşqu sürücüsü anında dünyasını dəyişib." - deyə o bildirib.

Qeyd edək ki, Güney Azərbaycan yollarının təhlükəsizlik əmsalının aşağı olması, eləcə də İran istehsalı olan nəqliyyat vasitələrinin təhlükəsizlik standarlarına cavab verməməsi qəzaların artmasının əsas səbəbidir.

Xatırladaq ki, bir müddət əvvəl Qərbi Azərbaycanın Yol Təsərrüfatı və Avtomobil Nəqliyyatı Baş direktoru Əbdülhüseyn Əli Əkbəri bu əyalətdəki yolların acınacaqlı vəziyyəti ilə bağlı danışmış, Qərbi Azərbaycanın ölkədə bir kilometr belə magistral yol olmayan tək vilayət olduğunu demişdi.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar