SON XƏBƏRLƏR

ATƏT-in Minsk Qrupunun həmsədrləri: «Prezidentlərin görüşü baza prinsipləri ilə bağlı fikir ayrılıqlarının azaldan müsbət add...

2021.10.20, 07:36
ATƏT-in Minsk Qrupunun həmsədrləri: «Prezidentlərin görüşü baza prinsipləri ilə bağlı fikir ayrılıqlarının azaldan müsbət add...

Gunaz.tv
ATƏT-in Minsk Qrupunun həmsədrləri: «Prezidentlərin görüşü baza prinsipləri ilə bağlı fikir ayrılıqlarının azaldan ATƏT Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Bu barədə APA-ya ATƏT-dən məlumat verilib. Məlumatda qeyd olunub ki, ATƏT Minsk Qrupunun həmsədrləri – Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iyunun 4-də Sankt Peterburgda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşündə iştirak ediblər: “Bu, prezidentlərin 2008 iyunda keçirilmiş ilk görüşündən keçən müddətdə beşinci görüşü idi. Təkbətək və həmsədrlərin iştirakı ilə keçirilən görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma konsepsiyasını bütünlükdə nəzərdən keçirib və hələ də razılaşdırılmamış elementləri müzakirə ediblər. Müzakirələr konstruktiv atmosferdə keçib və tərəflər arasında baza prinsipləri ilə bağlı fikir ayrılıqlarının azaldan müsbət addımlarla nəticələnib. Müzakirələr zamanı əldə olunan müsbət irəliləyişləri nəzərə alaraq, prezidentlər həmsədrlərdən “məkik diplomatiyasını” davam etdirməyi və Madrid sənədi ilə müəyyən olunmuş yeni geniş mövzu açmağı xahiş ediblər. Onlar hələ də bu sənədi danışıqların bazası hesab edirlər. Prezidentlər həmsədrlərin yaxın zamanlarda, məsələn, iyulda yenidən görüşmək təklifi ilə razılaşıblar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar