SON XƏBƏRLƏR

Azərbaycanlı teatr rəssamı Məhəmməd Rza Xudayi Ərdəbildə vəfat edib

2025.05.25, 12:00
Azərbaycanlı teatr rəssamı Məhəmməd Rza Xudayi Ərdəbildə vəfat edib

Ərdəbilli teatr sənətçisi Məhəmməd Rza Xudayi 2025-cü il iyunun 23-də, cümə gecəsi bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Gunaz.tv

Məhəmməd Rza Xudayi 1977-ci ildə Ərdəbilin Pirmadar məhəlləsində anadan olub. Bu sənətçi 1993-cü ildən Ərdəbil teatr kollektivlərində aktyor kimi fəal iştirak edib və Ərdəbil əyalət teatrının tanınmış simalarındandır.

“Şah İsmayıl”, “Son Savaş”, “Tərlan” filmində, “Qocalar Oteli”, “Tor”, “Yol özü” və başqa seriallarda rol alıb, onlarla radio tamaşasında aktyor kimi çıxış edib, aktyor və səs aktyoru kimi Türkiyə və Azərbaycan türkcələrində bir sıra bədii layihələri dublyaj etmək bu Ərdəbilli sənətçinin çox şaxəli fəaliyyətlərindən olub.

 

Bütün bunlardan başqa o, 2002 və 2003-cü illərdə Davar Fərmani rəhbərliyi altında Ərdəbili sənətkarlar ilə birlikdə Babək qalasında “Dədə Qorqud” dastanının ssenarisi əsasında yazılmış “Təpə Göz” hekayələrindən Abbas Lisaninin şeirlərindən bir parça nümayiş etdirilən küçə teatrı nümayişlərində iştirak edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar