SON XƏBƏRLƏR

İctimai TV-dən İraq türkmənlərinə dəstək

2021.10.20, 07:36
İctimai TV-dən İraq türkmənlərinə dəstək

Gunaz.tv
İctimai Teleradio ilə Türkməneli TV arasında niyyət protokolu imzalandı Dünən İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Kəlkükdə fəaliyyət göstərən Türkməneli Televiziyası arasında niyyət protokolu imzalanıb. İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov və Türkməneli Televiziyasının direktoru Yalman Həcəroğlu tərəfindən imzalanan protokola əsasən, tərəflər ortaq proqramlar hazırlayacaq və digər layihələr reallaşdıracaqlar. Bundan əlavə, Türkməneli Televiziyasının texniki və yaradıcı əməkdaşları təcrübə keçmək məqsədiylə müxtəlif vaxtlarda İctimai Teleradioya ezam olunacaqlar. Həmçinin razılaşmaya görə, Türkməneli Televiziyası İctimai Teleradionun arxivindən də yararlana biləcək. Azər Göstərdiyi qardaşlıq münasibətinə görə Baş direktor İsmayıl Ömərova təşəkkürünü bildirən Türkməneli Televiziyasının direktoru Yalman Həcəroğlu anlaşmanın imzalandığı tarixi bütün Kəlkük türkləri üçün xoşbəxt gün adlandırdı: "Azərbaycanın ictimai yayımçısı ilə razılaşma protokolu imzalamaq bizim üçün şərəfdir. Biz eyni tarixə, eyni mədəniyyətə malik qardaş xalqlarıq. Hesab edirəm ki, TRT, İctimai Teleradio və Türkməneli Televiziyası eyni millətin müxtəlif televiziyalarıdır". Türkməneli Televiziyası ilə yeni qurulan əlaqələrdən məmnunluğunu ifadə edən İsmayıl Ömərov bildirdi ki, televiziyalar arasındakı əməkdaşlıq xalqları bir-birinə daha da yaxınlaşdıracaq: "Bu niyyət protokolu iki kanal arasında əməkdaşlığın başlanğıcıdır. İctimai Teleradio olaraq Kəlkük türklərinin mədəniyyətlərinin bütün dünyaya çatdırılması üçün lazımi işləri görəcəyik". Türkməneli Televiziyası ilə əlaqələrə böyük önəm verdiklərini deyən İsmayıl Ömərov bu əlaqələrin daha da genişlənəcəyini və İctimai Teleradionun bu kanala hər zaman yaradıcılıq sahəsində dəstək olacağını söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar