SON XƏBƏRLƏR

Barak Obama Nikola Sarkozinin yemək dəvətini rədd edib

2021.10.20, 07:36
Barak Obama Nikola Sarkozinin yemək dəvətini rədd edib

Gunaz.tv
Ağ ev rəhbərinin təklifi rədd etməsinə səbəb Türkiyənin AB-nə üzvlüyü məsələsi və Fransa prezidentinin ABŞ prezidenti haqqında dediyi sözlər olub ABŞ prezidenti Barak Obama Fransa prezidenti Nikola Sarkozinin Elisey sarayında axşam yeməyi yemək dəvətini Türkiyəyə görə rədd edib. Bu barədə məlumatı "Times" qəzetinə istinadən CNN Türk verib. Həmkarının təklifini rədd edən B. Obama və xanımı axşam yeməyini saraydan bir az aralıda yerləşən ABŞ səfirliyində edib. Məlumata görə, Obamanın təklifi rədd etməsinə səbəb Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi və Fransa prezidentinin yeni ABŞ prezidenti haqqında dediyi sözlər olub. Qeyd edək ki, N.Sarkozy aprel ayında Londondakı keçirilən G-20 zirvəsində Obama üçün təcrübəsiz və məlumatsız deməsi prezidentlər arasında münasibətləri soyudub. Londonda başlayan soyuqluq Obamanın Türkiyənin Avropa birliyinə üzvlüyünə dəstək verməsi ilə bağlı sözlərinə Sarkozinin “biz ABŞ-ın daxili işlərinə qarışmırıq, o da AB–nin işlərinə qarışmasın” deməsi vəziyyəti daha da gərginləşdirib. Xatırladaq ki, Obama İkinci dünya müharibəsi zamanı Normandiyada ikinci cəbhənin açılmasının 65-ci il dönümünü qeyd etmək üçün Fransaya səfər edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar