SON XƏBƏRLƏR

Erməni vəhşiliyi dünya içtimaiyyətinə çatdırılır

2021.10.20, 07:36
Erməni vəhşiliyi dünya içtimaiyyətinə çatdırılır

Gunaz.tv
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rusiya Federasiyasının «Studiya kinopradukt» şirkətinin istehsal etdiyi «Əfsanənin əks üzü» seriyasından «26 Bakı komissarı» sənədli filminin təqdimatını keçirib. Filmdə başda Stepan Şaumyan olmaqla bolşevik cildinə girmiş erməni qatillərinin azərbaycanlılara qarşı soyqırımı törətməsi, Bakıda, Şamaxıda, Qubada silahsız və günahsız insanların qəddarlıqla kütləvi qətlə yetirilməsi faktı öz əksini tapıb. Moskvanın «Zvezda» telekanalının sifarişi ilə çəkilən film Rusiyanın onlarla regional telekanalında, yüzdən çox kabel televiziyasında nümayiş etdirilib. Filmin çəkilişi Moskvada, Bakıda və Türkmənistanda aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar