SON XƏBƏRLƏR

Təbrizdə Mirzə Mehdi buzlaqı dağılıb

2025.05.28, 12:18
Təbrizdə  Mirzə Mehdi buzlaqı dağılıb

İranın mədəni irs rəsmilərinin səhlənkarlığı nəticəsində Təbrizin Meləl-e-Muttəhid küçəsində yerləşən, Səfəvilər dövrünün qalığı olan tarixi Mirzə Mehdi buzlaqı tamamilə dağılaraq xarabalığa çevrilib.

Gunaz.tv

Bu barədə “Gün Aydın” xəbər saytı yazıb.

“Bu tarixi abidə illərdir heç bir bərpa və yenidənqurma edilmədən tərk edilib. Ekspertlər və media onun tamamilə məhv olmaq təhlükəsində olması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Lakin Şərqi Azərbaycan Mədəni İrs Baş İdarəsi bu əsəri qorumaq üçün heç bir tədbir görməmişdir. Bu hadisə bir daha mədəni irs rəsmilərinin səriştəsizliyini və səhlənkarlığını üzə çıxarır və bu qurumun fəaliyyəti və hesabatlılığı ilə bağlı ciddi suallar doğurur.” - deyə xəbərdə bildirilib.

Xatırladaq ki, İranın mədəni irs rəsmilərinin səhlənkarlığı ucbatından Azərbaycandakı tarixi abidələr və tikililər bir-birinin ardınca dağıdılır, buna baxmayaraq, fars şəhərlərindəki belə abidələr isə İran rəsmiləri tərəfindən qorunub bərpa olunaraq turistlərin cəlb edilməsi və bölgəyə gəlir gətirilməsi üçün istifadə olunur.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar