SON XƏBƏRLƏR

Elçibəylə bağlı müsabiqə

2021.10.20, 07:36
Elçibəylə bağlı müsabiqə

Gunaz.tv
Bütöv Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəyin doğum günü - 24 iyun Türklük Bayramı ilə əlaqədər olaraq, Elçibəyə həsr olunan əsərlərin ənənəvi yarışması elan olunur! Yarışmaya əsərlər, kitablar, bədii yazılar (ssenari, hekayə, povest, roman, şer və. s.) publisistik yazılar (qəzet, jurnal), elektron proqramlar, mahnılar, rəsm əsərləri və s. təqdim oluna bilər. Yarışmaya milliyyət, dil, din, yaş fərqi qoyulmadan hamı qatıla bilər.Müəlliflərdən əsərlərinə özləri, ünvanları və telefon nömrələri haqda qısa məlumat da əlavə etmələri xahiş olunur. Yarışmada Elçibəyin həyatının və siyasi fəaliyyətinin təhlilinə həsr edilmiş əsərlərə üstünlük veriləcək və qalib gələn 3 əsər diplomla mükafatlandırılacaq. Yarışma 2009-cu il Respublika Günü - 28 maydan başlayıb 2009 - cu il 24 iyunda başa çatacaqdır. Əsərlərinizi aşağıdakı ünvana göndərə bilərsiniz: Bakı 1108, Şəmsi Rəhimov küçəsi, ev 58 mənzil 23. Zakir Məmmədli. Tel: 562-77-70 , 055-758-33-33. 2009 -cu il 24 iyunda göstərilən ünvanda qaliblərə diplomların təqdimatı olacaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar