SON XƏBƏRLƏR

Tehran siyahıdan çıxarıldı

2021.10.20, 07:36
Tehran siyahıdan çıxarıldı

Gunaz.tv
İran adlanan yerin adı Azərbaycan qazının ixracının potensial marşrutları arasında yoxdur İran adlanan yer Xəzərdə "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-2" layihəsi çərçivəsində Azərbaycan qazının potensial alıcısı siyahısından çıxarılıb. Bu xəbəri "Turan"a ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi verib. "Alıcıların seçilməsi zamanı əsas kimi uzunmüddətlilik, etibarlılıq, sabitlik və bazarın kommersiya cazibəsi götürülür. İran nümayəndələri ilə ilkin danışıqlar göstərib ki, İran tərəfi bütün bu meyarları təmin edə bilməyəcək",- deyə mənbə bildirib. İranın Azərbaycan qazının ixracının potensial marşrutları siyahısından çıxarılmasını "Şahdəniz" layihəsinin kommersiya operatoru olan "Statoyl-Hydro Azerbaijan" şirkətinin nümayəndəsi də faktiki olaraq təsdiq edib. "Statoyl-Hydro Azerbaijan"ın qaz nəqli müqavilələrinin imzalanması üzrə səlahiyyətlisi Sveynunq Bankel dünən beynəlxalq "Casrian Oil & Gas - 2009" konfransındakı çıxışında qaz ixracı üçün 4 mümkün marşrutu açıqlayıb: "Cənub axını", "Ağ axın", Türkiyə ərazisindən və Rusiya vasitəsilə swap ixrac. Bir müddət əvvəl ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morninqstar İran beynəlxalq öhdəliklərini yerinə yetirməyincə bu ölkəni beynəlxalq qaz layihələrindən kənar etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar