SON XƏBƏRLƏR

İranda silahlı hücum - Ölən və yaralananlar var

2025.05.29, 11:06
İranda silahlı hücum - Ölən və yaralananlar var

Ötən axşam Həmədan əyalətinin Toyserkan şəhərində naməlum şəxs evin damından mülki vətəndaşlara avtomat silahdan atəş açıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn polis əməkdaçları hücumçuya atəş açaraq yaraladıqdan sonra həbs ediblər.

Silahlı hücumçunun kimliyi barədə açıqlama verilməyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar