SON XƏBƏRLƏR

“Google” erməniləri qəzəbləndirib

2021.10.20, 07:36
“Google” erməniləri qəzəbləndirib

Gunaz.tv
“Google” axtarış mühərriki ABŞ-dakı erməni diasporunu - Amerika Erməni Milli Komitəsini (ANCA) bərk qəzəbləndirib.Buna səbəb “Google”un axtarış mühərriki “Erməni soyqırımı”, “Ermənistan”, “erməni” sözlərinin axtarışını Amerikadakı türk lobbiçilik təşkilatlarından biri olan Amerikanın Türk Koalisiyasının (TCA) veb saytına istiqamətləndirilib. Həmin saytda ingilis dilində qarşılığı “şeytana aldanma” olan “Don't be evil” elanları ilə qarşılaşan erməni diasporu “Google”a sərt reaksiya verib. ANCA “Google”u səhv istiqamətləndirməkdə və soyqırımı inkar etməkdə ittiham edib. Təşkilat bu səbəbdən öz üzvlərindən “Google”un rəhbəri Erik Sxmidtə onların sərt reaksiyalarını ifadə edən məktub yazmalarını istəyib.Qeyd edək ki, ANCA öz internet saytında nümunə olaraq, “Google”a məktub da yazıb. Sia.az-

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar